Bank Of Baku

Azərbaycanı «Mobile World Congress 2009» sərgisində «Azerfon» şirkəti təmsil edir

Azərbaycanı «Mobile World Congress 2009» sərgisində «Azerfon» şirkəti təmsil edir
# 16 fevral 2009 14:48 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu gün Barselonada (İspaniya) «Mobile World Congress 2009» mobil texnologiyalar üzrə beynəlxalq sərgi işə başlayıb.
«Azerfon» şirkətinin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, bu tədbirdə Azərbaycanı ölkənin üçüncü mobil operatoru olan «Azerfon» şirkətinin rəhbərliyi təmsil edir.
Fevralın 19-dək davam edəcək sərgidə müxtəlif ölkələrdən 50 mindən artıq ziyarətçinin iştirak edəcəyi gözlənilir.
Bu il sərginin iştirakçıları arasında 1 286 şirkətin nümayəndəsi qeydiyyata alınıb. Bunlar dünyanın ən iri mobil telefon və telekommunikasiya avadanlığı istehsalçıları və operatorlardır. Sərgi ilə yanaşı «Mobile World Congress 2009» çərçivəsində seminarlar da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR