Bank Of Baku

Bakı Dərin Özüllər Zavodunda yeni elektrodların istehsalına başlanılıb

Bakı Dərin Özüllər Zavodunda yeni elektrodların istehsalına başlanılıb
# 17 fevral 2009 06:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun qaynaq çubuqları sexində yeni tipli elektrod istehsalına başlanılıb.
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, bu sex il ərzində 2 min ton yüksək keyfiyyətli qaynaq elektrodları istehsal etmək gücünə malikdir. Sexdə indiyədək dünya standartlarına uyğun, diametri 3,25 mm, 4 mm və 5 mm olan, QE 51.01 markalı, E 7018 tipli və QE 43.01 markalı, E 6013 tipli qaynaq elektrodları istehsal edilib. Bu günlərdə isə sexdə ilk dəfə olaraq diametri 2,5 mm olan, QE 51.01 markalı E 7018 tipli (əsasən kök tikişi qaynağının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş) yüksək texnoloji qaynaq xüsusiyyətlərinə malik elektrodun istehsal texnologiyası mənimsənilib. İlkin olaraq zavodda 6,7 tondan çox 2,5 mm diametrli elektrod istehsal edilib. Yeni tipli elektrod öz keyfiyyətinə görə beynəlxalq standartlara tam cavab verir və bu elektrodlardan böyük diametrli boru kəmərlərinin qaynağında da istifadə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR