Bank Of Baku

«Baku Steel Company» fəaliyyətini tam bərpa edib

«Baku Steel Company» fəaliyyətini tam bərpa edib
# 17 fevral 2009 06:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı poladəritmə müəssisəsi olan «Baku Steel Company» şirkəti fəaliyyətini tam bərpa edib. Bu barədə «APA-Economics»ə şirkətin mətbuat xidmətinin rəhbəri Namiq Əhmədov məlumat verib.
N.Əhmədovun sözlərinə görə, zavod fəaliyyətini tam bərpa edib və şirkətin 1 000-dən artıq işçisi yenidən iş başındadır.
N.Əhmədov həmçinin bildirib ki, zavod tam nominal gücü ilə işləməsə də, bunun 1/3 hissəsinin öhdəsindən gəlir: «Zavodun illik nominal gücü 350 min ton təşkil edir. Bu həcmi yerinə yetirmək üçün bizə günə 1 200-1 500 ton qara metal lazımdır ki, hazırda zavod tələb olunan həcmdə metal qırıntılarını ala bilmir».
Hazırda zavoddan satılan 1 ton armaturun qiyməti 507 manat təşkil edir.
Xatırladaq ki, zavodda ümumilikdə 1 700-dən artıq işçi çalışır.
Qeyd edək ki, «Baku Steel Company» şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Zavodda bir adda (tikinti armaturu) müxtəlif çeşiddə məhsul istehsal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR