Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti mədənlərə yeni elektrik xətləri çəkməyə başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti mədənlərə yeni elektrik xətləri çəkməyə başlayıb
# 17 fevral 2009 07:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) mədənlərə yeni elektrik xətlərinin çəkilişinə başlayıb.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ötən ay qasırğa zamanı N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində iki sahədə elektrik enerjisinin verilməsində fasilə yaransa da, Xəzər Dəniz Neft Donanmasının «Samir Quliyev» kabeldüzən gəmisi qısa müddət ərzində 850 metr yeni sualtı kabel xətti çəkməklə, elektrik enerjisi təchizatını bərpa edib. Qış mövsümü başlayandan, gəmi «Neft Daşları» NQÇİ-yə məxsus yataqlarda 12,4 km sualtı kabel xətti çəkib. Bundan başqa, «28 May» NQÇİ-nin «Günəşli» yatağında 2№-li və 13№-li platformalar arasında böyük dərinlikdə 3,6 km uzunluğunda xətt qoyulub ki, bu da «Günəşli» yatağının qapalı elektrik təchizat sisteminin yaranmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR