Bank Of Baku

Azərbaycanın «Qoşa» filiz yatağında kəşfiyyat işləri yaxın bir aya yekunlaşacaq

Azərbaycanın «Qoşa» filiz yatağında kəşfiyyat işləri yaxın bir aya yekunlaşacaq
# 17 fevral 2009 08:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ABMƏŞ) mart ayının ortalarında Tovuz rayonunda yerləşən «Qoşa» filiz yatağında kəşfiyyat işlərini yekunlaşdıracaq. Bu barədə «APA-Economics»ə ABMƏŞ-in prezidenti Rza Vəziri bildirib.
R.Vəzirinin sözlərinə görə, «Qoşa» yatağından alınmış ilkin nəticələr müsbətdir. Yataqda 1 ton torpaqdan 6-8 qram qızıl alınması ehtimalları var.
«Hazırda «Qoşa» yatağı ilə bərabər bir sıra digər yataqlarda, o cümlədən Gədəbəyin müxtəlif sahələrində kəşfiyyat işlərini davam etdiririk. Yaxın vaxtlarda Ordubaddakı «Diaxçay» yatağında da kəşfiyyata başlamağı planlaşdırırıq», - deyə R.Vəziri əlavə edib.
Şirkət rəhbərinin sözlərinə görə, müqavilələr üzrə bütün yataqlarda kəşfiyyat işləri 14 aydan sonra başa çatdırılmalıdır. Harada müsbət nəticələr əldə olunmazsa, həmin yataqların hökumətə qaytarılması gözlənilir.
Qeyd edək ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR