Bank Of Baku

Azərbaycanın 600 min barel «Azeri Light» markalı növbəti xam neft partiyasını Supsadan «Sumato Energy» şirkəti ixrac edəcək

Azərbaycanın 600 min barel «Azeri Light» markalı növbəti xam neft partiyasını Supsadan «Sumato Energy» şirkəti ixrac edəcək
# 17 fevral 2009 11:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) tərəfindən 600 min barel miqdarında «Azeri Light» markalı xam neft partiyasının Supsa limanından (Qara dəniz, Gürcüstan) ixracına dair marketinq sorğusuna yekun vurulub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğunun qalibi elan olunmuş «Sumato Energy Group Ltd.» (Yeni Zelandiya) şirkəti martın 13-14-də Supsa limanından 600 min barel miqdarında «Azeri Light» markalı xam neft partiyasını ixrac edəcək.
Qeyd edək ki, Bakı-Supsa neft kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda hasil edilmiş xam neft ixrac olunur. Yataqların işlənməsində ARDNŞ-la bərabər BP, «Unocal», «Inpex», «Itochu», «Statoil», «ExxonMobil», TPAO, «Devon», «Amerada Hess» şirkətləri iştirak edir. Bu şirkətlər ABƏŞ-in (beynəlxalq neft konsorsiumu) tərkibinə daxildir.
Bakı-Supsa boru kəməri 2006-cı ilin sentyabr ayından 2008-ci ilin sentyabr ayınadək təmirə dayandırılıb. Cari ilin yanvar ayında kəmərlə 287 063,6 ton xam neft ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR