Bank Of Baku

Beynəlxalq Enerji Agentliyi neft hasilatını azaltmamağa çağırır

Beynəlxalq Enerji Agentliyi neft hasilatını azaltmamağa çağırır
# 17 fevral 2009 12:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya neft bazarında qiymətlərin kəskin düşməsi, OPEC-in qiymətlərdə tarazlıq yaratmaq üçün hasilatın azaldılması planları və böhran nəticəsində istehlak və istehsal sahələri tərəfindən neftə olan tələbatın azalması fonunda Beynəlxalq Enerji Agentliyi (BEA) gözlənilməz bir proqnozla çıxış edib. «APA-Economics»in məlumatına görə, BEA-nın icraçı direktoru Nobuo Tanaki bəyan edib ki, 2010-cu ildə neft bazarını tədarük çatışmazlığı gözləyir, çünki tələbat cari illə müqayisədə təxminən gündəlik 1 mln. barel artacaq. N.Tanaki bu proqnozu 2010-cu ildə dünya iqtisadiyyatının bərpası prosesinin başlaması gözləntiləri ilə əsaslandırıb və qeyd edib ki, neft sahəsinə sərmayələrin yatırılması təqdirdə gələn il bazarın təchizatında ciddi kəsir gözlənilir.
Maraqlıdır ki, BEA-nın rəhbəri OPEC-i neft hasilatını azaltmaqla qiymətləri tez bir zamanda yüksəlməsinə əl atmamağa çağırıb, çünki bu, dünya iqtisadiyyatının bərpasına mənfi təsir göstərir: «Əgər OPEC tədarükü azaltmaqla qiymətlərin artımına nail olmağını özünə məqsəd qoyubsa, bu, dünya iqtisadiyyatına fayda verməyəcək».
Qeyd edək ki, martın 15-də OPEC-in növbəti iclasının keçirilməsi nəzərdə tutulub. Burada hasilat üzrə limitin yenidən azaldılması barədə qərarın qəbul edilməsi gözlənilir, çünki OPEC-in bir sıra üzvü tərəfindən bu məsələ ciddi şəkildə irəli sürülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR