Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin «General Əsədov» teploxodu təmirə dayanıb

Azərbaycan Dövlət Neft Şirkətinin «General Əsədov» teploxodu təmirə dayanıb
# 17 fevral 2009 13:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) «General Əsədov» teploxodunu təmirə dayandırıb.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, təmir 2 həftə davam edəcək və bu müddət ərzində gəminin korpusu təmizlənərək boyanacaq. Təmir işlərindən sonra gəminin sürəti də artacaq.
Qeyd edək ki, «Neft Daşları»na sərnişinlər «General Əsədov» və «Sabit Orucov» gəmiləri ilə daşınır. Bir reys ərzində teploxod 459 neftçini nəql edir. Sözügedən sərnişin gəmiləri hər il təmirdən keçir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR