Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti korporativ məlumat bazasının yaradılmasına dair tender keçirir

Azərbaycan Dövlət Neft Şirkəti korporativ məlumat bazasının yaradılmasına dair tender keçirir
# 18 fevral 2009 09:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) geoloji və neft-mədən verilənlərin korporativ bazasının yaradılması ilə bağlı işlərin, xidmətlərin və proqram təminatının satın alınması üçün açıq tender elan edib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər sənədlər və tender təkliflərini bu ilin may ayının 18-dək təqdim etməlidirlər. Tender təkliflərinin qiymətləndirilməsində qiymət, keyfiyyət, analoji işlərdə təcrübə, təklif olunan metodologiya və yanaşma, həmçinin işçi heyətinin təcrübə meyarlarına üstünlük veriləcək.
Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası mayın 19-da keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 497-03-78.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR