Bank Of Baku

Azərbaycanda sənaye istehsalı yanvarda 34,5% azalıb

Azərbaycanda sənaye istehsalı yanvarda 34,5% azalıb
# 19 fevral 2009 09:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan sənayesində 1 323,9 mln. manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Bu isə ötən ilin analoji yanvar göstəricisi ilə müqayisədə 34,5% azdır.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə məhsul istehsalı sənayenin mədənçıxarma bölməsində 6,9%, o cümlədən neft hasilatında 8% azalıb, qaz hasilatında isə 17,3% artıb.
Sənayenin emal bölməsində məhsul istehsalı 6,7%, bölmənin məhsullarından qida məhsulları istehsalı 3,9%, neft emalı məhsulları 7,9%, tikinti materialları 16,5%, sellüloz-kağız istehsalı, nəşriyyat işi 2,2 dəfə, maşın və avadanlıq 2,9 dəfə, elektrik avadanlığı, optik və elektron avadanlıqları 46%, nəqliyyat vasitələri istehsalı isə 11,1% artıb.
Sənayenin elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində məhsul istehsalı 4,2%, elektrik enerjisi istehsalı isə 8,6% azalıb.
İqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 61,2%-i mədənçıxarma bölməsində, 29,4%-i emal bölməsində, 9,4%-i isə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsal olunub.

Sənaye istehsalının sahə quruluşu



C – Mədənçıxarma sənayesi; D – Emal sənayesi; E – Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR