Bank Of Baku

«Baku Steel Company»: İşçilərin ixtisarı gündəmdə deyil

«Baku Steel Company»: İşçilərin ixtisarı gündəmdə deyil
# 30 mart 2009 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı poladəritmə müəssisəsi olan «Baku Steel Company» şirkəti fəaliyyətini dayandırmayıb. Bu barədə «APA-Economics»ə açıqlamasında şirkətin mətbuat xidmətinin rəhbəri Namiq Əhmədov müəssisənin işini dayındırması ilə bağlı yayılan qeyri-rəsmi məlumatları şərh edərkən məlumat verib.
N.Əhmədov zavodun fəaliyyətinin dayandırılması və işçilərin ixtisar olunması barədə yayılan məlumatları təkzib edərək bildirib ki, bu barədə yayılan məlumatlar şayiədir: «Zavod normal rejimdə fəaliyyətini dava etdirir və işçilərin heç biri ixtisar olunmayıb. Ümumiyyətlə, işçilərin ixtisara salınması məsələsi gündəmdə deyil».
N.Əhmədov onu da bildirib ki, zavod normal rejimdə fəaliyyət göstərsə də, xam malın alınmasında hələ də problemlər mövcuddur.
Xatırladaq ki, zavodda ümumilikdə 1 700-dən artıq işçi çalışır.
Qeyd edək ki, «Baku Steel Company» şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Zavodda bir adda (tikinti armaturu) müxtəlif çeşiddə məhsul istehsal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR