Bank Of Baku

ARDNŞ ötən ay 12 984 ton avtomobil benzini, 105 650 ton dizel yanacağı, 3 988 ton təyyarə yanacağı və 788 ton soba mazutu ixrac edib

ARDNŞ ötən ay 12 984 ton avtomobil benzini, 105 650 ton dizel yanacağı, 3 988 ton təyyarə yanacağı və 788 ton soba mazutu ixrac edib
# 05 dekabr 2009 08:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi noyabr ayında 12 984 ton avtomobil benzini, 105 650 ton dizel yanacağı, 3 988 ton təyyarə yanacağı və 788 ton soba mazutu ixrac edib. Bu barədə APA-ya ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə, 2009-cu ilin yanvar-noyabr ayları ərzində idarə tərəfindən 215 572 ton avtomobil benzini, 1 336 629 ton dizel yanacağı, 265 392 ton təyyarə yanacağı, 34 497 ton soba mazutu ixrac edilib.

Noyabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 692,01 ABŞ dolları, təyyarə yanacağının 658,57 dollar, dizel yanacağının 609,90 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 467,04 dollar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR