Bank Of Baku

Azərbaycan noyabr ayında Novorossiysk limanından 238 665 ton xam neft ixrac edib

Azərbaycan noyabr ayında Novorossiysk limanından 238 665 ton xam neft ixrac edib
# 05 dekabr 2009 08:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cari ilin noyabr ayında Novorossiysk limanından 238 665 ton xam neftin ixracını həyata keçirib. Bu barədə APA-ya ARDNŞ-dən məlumat verilib.

Cari ilin yanvar-noyabr ayları ərzində isə şimal istiqamətindən 2 340 529 ton xam neft ixrac edilib. Noyabr ayında dünya bazarında «Brent» tipli xam neftin 1 bareli 76,66 ABŞ dollarına, Ural nefti - 76,32 dollara, «BTC FOB Ceyhan» tipli xam neftin 1 bareli isə 77,52 dollara satılıb.

Qeyd edək ki, Bakı - Novorossiysk neft kəməri ilə ARDNŞ tərəfindən xam neftin ixracı 1997-ci ildə başlanıb. Şimal marşrutu ilə nəql olunan ARDNŞ xam nefti Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçıların neftləri ilə qarışır və Novorossiysk limanından Urals xam neft markası altında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR