Bank Of Baku

Bakıda ARDNŞ-nin yanacaqdoldurma məntəqəsi inşa olunur

Bakıda ARDNŞ-nin yanacaqdoldurma məntəqəsi inşa olunur
# 07 dekabr 2009 11:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bakının Səbail rayonu ərazisində və aeroport magistralının üzərində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yanacaqdoldurma məntəqəsi inşa olunur. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Yanacaqdoldurma məntəqəsi Bibiheybət qəsəbəsi yaxınlığında (Şıx qəsəbəsi-Bayıl yolunun kənarında) yerləşir. ARDNŞ-nin bu yanacaqdoldurma məntəqəsi və bu sırada inşa olunacaq 26 məntəqə SOCAR brendi altında fəaliyyət göstərəcək.

ARDNŞ-dən hazırda digər rayonlarda da analoji məntəqələrin inşası layihəsi üzərində işlər aparıldığı bildirilib. İlk məntəqənin bu ilin sonu - gələn ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda ARDNŞ-nin Gürcüstanda SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR