Bank Of Baku

Ötən ay ARDNŞ 12 747 metr qazma işi həyata keçirib

Ötən ay ARDNŞ 12 747 metr qazma işi həyata keçirib
# 07 dekabr 2009 14:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin noyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla 12 747 metr qazma işi həyata keçirib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Qazma işlərinin 11 684 metri istismara, 1 063 metri isə kəşfiyyata aid olub. Ümumilikdə isə 2009-cu ilin əvvəlindən dekabrın 1-ə kimi ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 155 412 metr qazma işi görülüb ki, bunun da 148 790 metri istismara, 6 622 metri isə kəşfiyyata aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR