Bank Of Baku

Sabah Bakı şəhərinin Şüvəlan qəsəbəsinə təbii qazın verilməsi müvəqqəti dayandırılacaq

Sabah Bakı şəhərinin Şüvəlan qəsəbəsinə təbii qazın verilməsi müvəqqəti dayandırılacaq
# 07 dekabr 2009 14:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sabah Bakı şəhərinin Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsinə təbii qazın verilməsi müvəqqəti dayandırılacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-dən bildirilib ki, Şüvəlan qəsəbəsi ərazisində “Şimal DRES” Qaz Paylayıcı Stansiyasından Mayak ərazisinə gedən 159 mm-lik orta təzyiqli qaz kəmərində aparılan təmir işləri ilə əlaqədar dekabrın 8-i saat saat 10:00-dan 16:00-qədər Şüvəlan qəsəbəsi və Mayak ərazisində müvəqqəti olaraq qaz təchizatı dayandırılacaq. Təmir işləri başa çatdıqdan sonra əraziyə qazın verilməsi bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR