Bank Of Baku

Bakıda borcunu ödəməyən abonentlərin təbii qazla təchizatı dayandırılıb

Bakıda borcunu ödəməyən abonentlərin təbii qazla təchizatı dayandırılıb
# 07 dekabr 2009 16:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhəri Qaz İstismarı İdarəsi tərəfindən borcunu ödəməyən abonentlərin təbii qazla təchizatı dayandırılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Bakı şəhəri Qaz İstismarı İdarəsi tərəfindən abonentlərə edilmiş xəbərdarlıq başa çatdıqdan sonra Əzizbəyov, Xətai və Binəqədi rayonlarında təbii qaza görə borcu olan 279 abunəçinin mənzilinin qaz təchizatı xəbərdarlıq edilərək dayandırılıb. İdarənin məlumatına görə, qaz təchizatı dayandırılmış abonentlərin debitor borclarının ümumi məbləği 75 136,25 manat təşkil edir.

Bakı şəhəri Qaz İstismarı İdarəsi xəbərdarlıq edir ki, borcları ödənilmədiyi təqdirdə, mənzillərin qaz təchizatı bərpa olunmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR