Bank Of Baku

Bu ilin noyabr ayında Azərbaycanda 1,5 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib

Bu ilin noyabr ayında Azərbaycanda 1,5 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib
# 08 dekabr 2009 13:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin noyabr ayında Azərbaycanın enerji sistemində 1,5 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,2 mlrd. kVt/saatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,3 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsalı düşüb.

Cari ilin yanvar-noyabr ayları ərzində enerjisistemdə 16,8 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu həcmdən 14,7 mlrd. kVt/saatdan çoxu İES-lərin, 2,1 mlrd. kVt/saata yaxını isə SES-lərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR