Bank Of Baku

Sabah Bakının Nəsimi rayonuna təbii qazın verilməsində məhdudiyyətlər olacaq

Sabah Bakının Nəsimi rayonuna təbii qazın verilməsində məhdudiyyətlər olacaq
# 08 dekabr 2009 15:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sabah səhər saatlarında Bakı şəhərinin Nəsimi rayonuna təbii qazın verilməsində məhdudiyyətlər olacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Məhdudiyyətin tətbiqi Nəsimi rayonu A.Məhərrəmov küçəsində yeni inşa olunmuş “Azəristiliktəchizat” ASC-yə məxsus qazanxanaya çəkilən 108 mm-lik orta təzyiqli qaz kəmərinin qaz təchizat mənbəyinə birləşdirilməsi ilə əlaqədardır. Bununla əlaqədar olaraq sabah saat 10:00-dan 12:00-dək rayonun A.Məhərrəmov, 20 Yanvar və Alı Mustafayev küçələrinə təbii qazın nəqli müvəqqəti dayandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR