Bank Of Baku

ARDNŞ “Moody’s” beynəlxalq reytinq agentliyinin nümayəndələri üçün təqdimat keçirib

ARDNŞ “Moody’s” beynəlxalq reytinq agentliyinin nümayəndələri üçün təqdimat keçirib
# 09 dekabr 2009 08:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) “Moody’s” beynəlxalq agentliyi tərəfindən reytinqin verilməsi çərçivəsində Agentliyin nümayəndələri üçün təqdimat keçirilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

“Moody’s” beynəlxalq agentliyinin məsul əməkdaşı Viktoria Maisuradze qeyd edib ki, ARDNŞ-in nümayəndələri ilə indiyədək keçirilmiş görüşlər Agentliyin təmsilçilərində müsbət rəy yaradıb.

ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, ARDNŞ 100% dövlət şirkəti olsa da, kommersiya qurumu kimi fəaliyyət göstərir. Şirkətin fəaliyyət istiqamətlərindən, son illərdə əldə etdiyi nailiyyətlərdən, iştirak etdiyi iri miqyaslı beynəlxalq layihələrdən danışan R.Abdullayev bu sırada xarici ölkələrdə həyata keçirilən investisiya layihələrini qeyd edib. Həyata keçirilən regional layihələrdə ARDNŞ-nin Azərbaycan dövlətini təmsil etdiyini nəzərə çatdırıb.

ARDNŞ-ə təklif edilən bütün layihələrin diqqətlə öyrənildiyini deyən şirkət prezidenti daha risksiz və gəlirli layihələrə üstünlük verildiyini bildirib. Şirkətin bu il yeni strukturlarda kəşfiyyat və qazma işlərinə start verdiyini deyən R.Abdullayev qeyd edib ki, görüləcək işlər nəticəsində yaxın dövrdə Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatlarının həcmi daha da artacaq. Ötən il “Fitch Ratings” beynəlxalq agentliyi, bu il isə “Moody’s”lə reytinq alınması üzrə müqavilələr bağlanıb. Bu ilin sentyabrında “Fitch Ratings” tərəfindən beynəlxalq reytinq alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR