Bank Of Baku

Bakı ətrafı kənd və qəsəbələrdə qaz sayğacları küçəyə çıxarılıb

Bakı ətrafı kənd və qəsəbələrdə qaz sayğacları küçəyə çıxarılıb
# 09 dekabr 2009 11:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı ətrafı kənd və qəsəbələrdə həyət və mənzillərdə quraşdırılmış 9 086 ədəd məişət qaz sayğacı küçəyə çıxarılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-dən bildirilib ki, analoji tədbirlər Bakının digər rayonlarında da davam etdirilir. Bununla yanaşı, Bakının Binəqədi, Suraxanı, Sabunçu, Əzizbəyov, Nəsimi, Nizami, Səbail, Qaradağ və Yasamal rayonlarında təmir-tikinti işləri aparılıb. Ümumi uzunluğu 72 374,2 metr olan müxtəlif diametrli yeraltı və yerüstü orta və aşağı təzyiqli qaz xətti çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR