Bank Of Baku

Ötən ay Türkiyənin Ceyhan limanından 2,8 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

Ötən ay Türkiyənin Ceyhan limanından 2,8 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb
# 09 dekabr 2009 11:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin noyabr ayı ərzində Türkiyənin Ceyhan limanından 2,8 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Oktyabr ayı ilə müqayisədə Ceyhandan satılan neftin həcmi 17,8% azalıb. Cari ilin yanvar-noyabr aylarında isə bu göstərici 33,5 mln. ton təşkil edib.

Ümumilikdə Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri istismara verilən gündən (2006-cı il iyun) 2009-cu ilin dekabr ayının 1-nə qədər Ceyhan limanından 101,9 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, dəyəri 4 mlrd. ABŞ dollarından artıq olan BTC-nin uzunluğu 1 769 km, məhsuldarlığı ildə 50 mln. ton təşkil edir. Kəmər üç dövlətin – Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçərək «Azəri-Çıraq-Günəşli» yatağından çıxarılan nefti Aralıq dənizinə çıxarmaq üçün nəzərdə tutulur. BTC-yə ilk neft 25 may 2005-ci ildə vurulub, neft Ceyhan limanına 28 may 2006-cı ildə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR