Bank Of Baku

Bu ilin noyabr ayında BTC kəməri vasitəsilə 2,9 mln. ton Azərbaycan nefti nəql olunub

Bu ilin noyabr ayında BTC kəməri vasitəsilə 2,9 mln. ton Azərbaycan nefti nəql olunub
# 09 dekabr 2009 11:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin noyabr ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,9 mln. ton Azərbaycan nefti nəql olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Oktyabr ayı ilə müqayisədə BTC ilə nəql olunan Azərbaycan neftinin həcmində 10,3% azalma olub. Cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 33,4 mln. ton neft ötürülüb. Ümumilikdə isə kəmər istifadəyə verilən gündən 2009-cu ilin dekabr ayının 1-nə qədər BTC-yə 103,7 mln. ton neft vurulub.

Hesabat ayında BTC kəməri vasitəsi ilə 188,7 min ton Qazaxıstan nefti ötürülüb. Cari ilin yanvar-noyabr aylarında bu göstərici 1,8 mln. ton təşkil edib.

Qeyd edək ki, dəyəri 4 mlrd. ABŞ dollarından artıq olan BTC-nin uzunluğu 1 769 km, məhsuldarlığı ildə 50 mln. ton təşkil edir. Kəmər üç dövlətin – Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçərək «Azəri-Çıraq-Günəşli» yatağından çıxarılan nefti Aralıq dənizinə çıxarmaq üçün nəzərdə tutulur. BTC-yə ilk neft 25 may 2005-ci ildə vurulub, neft Ceyhan limanına 28 may 2006-cı ildə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR