Bank Of Baku

Gürcüstanla Azərbaycan arasında 300 kilovoltluq yeni elektrik xəttinin tikintisinə başlanacaq

Gürcüstanla Azərbaycan arasında 300 kilovoltluq yeni elektrik xəttinin tikintisinə başlanacaq
# 09 dekabr 2009 12:36 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. 2010-cu ildə Gürcüstanla Azərbaycan arasında 300 kilovoltluq yeni elektrik xəttinin tikintisinə başlanacaq. APA-nın “Business Qruziya” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın energetika naziri Aleksandr Xetaquri deyib. O bildirib ki, layihənin reallaşdırılması zamanı 9 kilometrlik mövcud elektrik xətti bərpa ediləcək və əlavə 9 kilometrlik xətt çəkiləcək. Nazir bu xətlə Azərbaycana elektrik enerjisi ixrac olunacağını, Türkiyəyə ixracın da mümkün olduğunu söyləyib.

Qeyd edək ki, elektrik xəttinin tikintisini “Gürcüstan Dövlət Elektrik Sistemi” maliyyələşdirəcək və tikinti işləri 2011-ci ildə başa çatacaq. Hazırda Gürcüstanla Azərbaycan arasında elektrik enerjisi mübadiləsi köhnə 300 kilovoltluq xətt vasitəsilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR