Bank Of Baku

Sabah Bakının bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Bakının bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
# 10 dekabr 2009 14:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakının bir sıra rayonunda qaz təchizatında müvəqqəti məhdudiyyətlər olacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, Nəsimi rayonu A.Məhərrəmov küçəsində yeni inşa olunmuş «Azəristiliktəchizat» ASC-yə məxsus qazanxanaya çəkilən 108 mm-lik orta təzyiqli qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar dekabrın 11-də saat 10:00-dan 12:00-dək rayonun A.Məhərrəmov, 20 Yanvar və Alı Mustafayev küçələrinə təbii qazın nəqli müvəqqəti dayandırılacaq.

Bundan başqa, Binəqədi rayonu H.Babaşov küçəsindəki qaz kəmərlərinin köçürülməsi ilə əlaqədar yeni çəkilmiş 326, 273 və 219 mm-lik orta təzyiqli qaz kəmərlərinin təchizat mənbəyinə qoşulması ilə əlaqədar dekabrın 11-də saat 10:00-dan 17:00-dək 6, 7, 8 və 9-cu mikrorayonlara, eləcə də M.Rəsulzadə və Xutor qəsəbələrinə təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR