Bank Of Baku

Bu ilin noyabr ayında ARDNŞ-nin müəssisələrində benzin istehsalı 6,3% azalıb

Bu ilin noyabr ayında ARDNŞ-nin müəssisələrində benzin istehsalı 6,3% azalıb
# 11 dekabr 2009 07:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin noyabr ayında ARDNŞ-nin müəssisələrində 121,62 min ton benzin istehsal edilib ki, bu da oktyabr ayının istehsalından 6,3% azdır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Bunun 101,85 min tonunu avtomobil benzini, 19,77 min tonunu isə kimya üçün ilkin benzin fraksiyası təşkil edib. Noyabr ayında avtomobil benzinin istehsalı 9,6% azalıb, kimya üçün ilkin benzin fraksiyasının istehsal həcmi isə 11,9% artıb.

Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında ARDNŞ-nin müəssisələrində 1 129,36 min tonu avtomobil benzini, 210,02 min tonu kimya üçün ilkin benzin fraksiyası olmaqla 1 339,38 min ton benzin istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR