Bank Of Baku

Türkiyə hökuməti SOCAR/Turcas/İnjaz ortaqlığının inşa edəcəyi neftayırma zavodunun Ekoloji Təsirləri Qiymətləndirmə hesabatını təsdiqləyib

Türkiyə hökuməti SOCAR/Turcas/İnjaz ortaqlığının inşa edəcəyi neftayırma zavodunun Ekoloji Təsirləri Qiymətləndirmə hesabatını təsdiqləyib
# 11 dekabr 2009 08:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. SOCAR/Turcas/İnjaz ortaqlığının «Petkim» neft-kimya kompleksi çərçivəsində inşa etməyi planlaşdırdığı neftayırma zavodunun Ekoloji Təsirləri Qiymətləndirmə hesabatı Türkiyənin Ətraf Mühit və Meşə Nazirliyi tərəfindən təsdiqlənib.

«APA-Economics»in Türkiyən mətbuatına istinadən məlumatına görə, neftayırma zavodu 1 375 ha ərazidə qurulacaq. SOCAR/Turcas/İnjaz ortaqlığının idarə heyətinin sədri Kənan Yavuz bildirib ki, hazırlanmış orta və uzun müddətli layihələr iki ölkə arasında əlaqələri daha da genişləndirməyə kömək edəcək.

K.Yavuz deyib ki, «Petkim»in ərazisində təhlükəsizliyin təmin olunmasında belə bir hesabat böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olub. Lakin daha sonra tender komissiyası bu qərarı ləğv edərək, «SOCAR-Turcas-İnjaz» alyansını tenderin qalibi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR