Bank Of Baku

Azərbaycan Sənaye və Energetika Nazirliyi: Benzinin qiymətinin artırılması barədə Tarif Şurasına müraciət edilməyib

Azərbaycan Sənaye və Energetika Nazirliyi: Benzinin qiymətinin artırılması barədə Tarif Şurasına müraciət edilməyib
# 11 dekabr 2009 11:08 (UTC +04:00)
«Azərbaycanda benzinin qiymətinin «artırılacağı» barədə bir sıra KİV-in Sənaye və Energetika Nazirliyinin adından yaydığı məlumatlar tamamilə böhtandır. Nazirlik Azərbaycan ictimaiyyətinin, KİV-in diqqətinə rəsmən çatdırır və tam məsuliyyəti ilə bəyan edir ki, bununla bağlı Tarif Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur. Bu məsələ, ümumiyyətlə, müzakirə olunmur, həmçinin müzakirəyə çıxarılması planlaşdırılmır», - deyə A.Mənsimli vurğulayıb.

A.Mənsimli onu da qeyd edib ki, istehsalçı şirkətlər tərəfindən də Sənaye və Energetika Nazirliyinə bu barədə hər hansı bir müraciət daxil olmayıb.

Qeyd edək ki, hazırda Azərbaycanda Aİ-93 markalı benzinin satışı 55 qəpik, Aİ-95 markalı benzinin qiyməti isə 60 qəpikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR