Bank Of Baku

TBMM-in Xarici işlər Komissiyası «Nabucco»nun reallaşdırılmasına dair hökumətlərarası razılaşma haqqında qanunu təsdiqləyib

TBMM-in Xarici işlər Komissiyası «Nabucco»nun reallaşdırılmasına dair hökumətlərarası razılaşma haqqında qanunu təsdiqləyib
# 11 dekabr 2009 13:42 (UTC +04:00)
Komissiyada qəbul edilən qanuna əsasən «Nabucco» kəməri ilə Türkiyənin şərq və cənub sərhədlərindən təmin ediləcək təbii qazın Türkiyə, Bolqarıstan, Rumıniya, və Macarıstan üzərindən Avstriyanın Baumgarten şəhərinə çatdırılması məqsədi ifadə edilib. Bunun nəticəsində «Nabucco» kəməri ilə bir çox ölkədən gələcək təbii qaz Türkiyədə birləşərək Avropaya çatdırılacaq. Bu da Türkiyənin «Fiziki və ticari enerji mərkəzi»nə çevrilməsini təmin edəcək.

Komissiyada o da vurğulanıb ki, təxminən 8 mlrd. avroya başa gələcək bu kəmər vasitəsilə Avropa təxminən 50 il qazla təmin olunacaq.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR