Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
# 11 dekabr 2009 15:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə «APA-Economics»ə ARDNF-in mətbuat xidmətindən məlumat verilib.

Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2010-cu il üçün büdcə layihəsi müzakirə olunub.

İclasda Müşahidə Şurası tərəfindən ARDNF-in 2010-cu il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun icraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılıb.

ARDNF-in 2010-cu il büdcəsinin gəlirlərinin 5 963 126,7 min manat, xərclərinin 5 428 431,2 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 33 431,2 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb. Müvafiq olaraq 2010-cu il büdcə layihəsi, o cümlədən ARDNF-in vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələrinin məqbul hesab edilərək, təsdiq olunmaq üçün Azərbaycan prezidentinə göndərilməsi tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR