Bank Of Baku

ARDNŞ-nin Geofizika və Geologiya İdarəsi “Bahar” və “Qum-dəniz” yataqları arasında sualtı tədqiqat işləri aparır

ARDNŞ-nin Geofizika və Geologiya İdarəsi “Bahar” və “Qum-dəniz” yataqları arasında sualtı tədqiqat işləri aparır
# 12 dekabr 2009 10:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. ARDNŞ-nin Geofizika və Geologiya İdarəsi “Bahar” yatağındakı 3/11 nömrəli Dəniz Özülü ilə “Qum-dəniz” yatağındakı 30 nömrəli meydança arasında çəkilmiş 325 mm-lik boru xətti boyunca sualtı tədqiqat (sonar planlama) işləri aparır. Bu barədə APA-ya ARDNŞ-dən məlumat verilib.

“Azneft” İB-nin sifarişi əsasında aparılan sonar planalma işləri başa çatdırıldıqdan sonra 21,5 km uzunluğundakı boru xəttinin sökülməsi nəzərdə tutulub. İşlər Xəzər Dəniz Neft Donanmasının “M.Süleymanov” elmi-tədqiqat gəmisi vasitəsilə həyata keçirilir. Hazırda işlərin 50%-i yerinə yetirilib. Hava şəraiti əlverişli olarsa, işlərin tez bir zamanda sona çatdırılacağı gözlənilir.

Qeyd edək ki, boru xətti Donanmanın “S.Vəzirov” borudüzən gəmisi vasitəsilə söküləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR