Bank Of Baku

Azərbaycanda SOCAR brendi altında 26 yanacaqdoldurma məntəqəsi istifadəyə veriləcək

Azərbaycanda SOCAR brendi altında 26 yanacaqdoldurma məntəqəsi istifadəyə veriləcək
# 12 dekabr 2009 11:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. ARDNŞ 2011-ci ilə qədər Azərbaycanda SOCAR brendi altında fəaliyyət göstərən 26 yanacaqdoldurma məntəqəsini istifadəyə verməyi planlaşdırır. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayevin sözlərinə görə, hazırda Bakıda və rayonlarda 10 yanacaqdoldurma məntəqəsinin tikintisi aparılır. Gələn il daha 14 məntəqənin tikintisinə başlanacaq. Bakıda əsas yolların kənarlarında yerləşəcək bu yanacaqdoldurma məntəqələrindən 10-nun gələn ilin ortalarına yaxın istifadəyə verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR