Bank Of Baku

ARDNŞ gələn il 6,6 mln. ton xam neft emal edəcək

ARDNŞ gələn il 6,6 mln. ton xam neft emal edəcək
# 12 dekabr 2009 11:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA. Bu il ARDNŞ rekord həcmdə neft emal edib. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayevin sözlərinə görə, cari ildə ARDNŞ 90% emal dərinliyi alıb. Gələn il isə emal dərinliyinin 92-93%-ə çatacağı gözlənilir.

ARDNŞ prezidenti onu da vurğulayıb ki, gələn il rəhbərlik etdiyi şirkətin müəssisələrində 6,6 mln. ton xam neftin emalı proqnozlaşdırılır.

Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında ARDNŞ-nin müəssisələrində 5,5 mln. ton xam neft emal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR