Bank Of Baku

Gələn həftə ARDNŞ İran Milli Qaz Şirkəti ilə təbii qazın alqı-satqısına dair müqavilə imzalayacaq

Gələn həftə ARDNŞ İran Milli Qaz Şirkəti ilə təbii qazın alqı-satqısına dair müqavilə imzalayacaq
# 12 dekabr 2009 11:30 (UTC +04:00)
R.Abdullayevin sözlərinə görə, sənədin imzalanması Azərbaycan xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində baş tutacaq. ARDNŞ-nin İranla qısa və uzun müddətli qaz təchizatına dair müqavilə imzalayacağını qeyd edən R.Abdullayev Azərbaycanın 2010-cu ilin yanvar ayından İrana təbii qaz ixracına başlayacağını vurğulayıb.

«İrana infrastrukturun imkan verdiyi qədər qaz veriləcək. Bununla da Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 5-ə çatacaq», - deyə R.Abdullayev qeyd edib.

Qeyd edək ki, Azərbaycan və İran arasında təbii qazın alqı-satqısına dair memorandum bu il noyabrın 14-də Bakıda imzalanıb. Bundan bir ay əvvəl - oktyabrın 14-də isə ARDNŞ ilə Rusiyanın «Qazprom» şirkəti arasında Azərbaycan qazının alqı-satqısına dair müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq 2010-cu il yanvarın 1-dən Azərbaycan Rusiyaya qaz ixracına başlayacaq və gələn il bu ölkəyə minimum 500 mln. kubmetr qaz satışı nəzərdə tutulur. ARDNŞ hazırda Türkiyə ilə qazın yeni qiymətlər əsasında alqı-satqısına dair danışıqlar aparır. Buna qədər Türkiyəyə təbii qaz 1000 kubmetri 120 ABŞ dollarına satılıb.

Azərbaycan Gürcüstana da təbii qazı 2008-ci ilin yanvar ayınadək 120 dollar/1000 kubmetr qiyməti ilə satıb. Qeyri-rəsmi mənbələrin məlumatına görə, Azərbaycan Gürcüstana qazı hazırda 180 dollar/1000 kubmetr qiymətinə satır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR