Bank Of Baku

Bu il Azərbaycanın yeraltı qaz anbarlarına 1,950 mlrd. kubmetr mavi yanacaq vurulub

Bu il Azərbaycanın yeraltı qaz anbarlarına 1,950 mlrd. kubmetr mavi yanacaq vurulub
# 12 dekabr 2009 11:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA. Cari ildə Azərbaycanın yeraltı qaz anbarlarına rekord həcmdə təbii qaz vurulub. APA-nın məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, bu il üçün yeraltı anbarlara 1,950 mlrd. kubmetr mavi yanacaq vurulub: «Qalmaz və Qaradağ yeraltı qaz anbarlarının infrastrukturlarında dəyişiklik edilib. Yeni quyular qazılır, mövcud quyular genişləndirilir».

ARDNŞ prezidenti onu da qeyd edib ki, gələn il yeraltı qaz anbarlarına vurulan mavi yanacağın həcmi artırılacaq: “Azərbaycan anbarlarındakı ehtiyatlar hesabına gələcəkdə digər ölkələrlə imzalanmış müqavilələri də təmin etmək mümkün olacaq. Genişləndirmə nəticəsində birinci mərhələdə yeraltı anbarlara 2,5 mlrd. kubmetr, ikinci mərhələdə isə 5 mlrd. kubmetr qaz vurulacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR