Bank Of Baku

Ötən ay Sumqayıtda əhali tərəfindən istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişi 70% təşkil edib

Ötən ay Sumqayıtda əhali tərəfindən istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişi 70% təşkil edib
# 14 dekabr 2009 07:11 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Cari ilin noyabr ayında Azərbaycanın Sumqayıt şəhərində güzəştsiz əhali kateqoriyası üzrə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişi 70% təşkil edib. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Cari ilin noyabr ayı ərzində Sumqayıt şəhərinin güzəştsiz əhali qrupu tərəfindən 932,26 min manat dəyərində, 15 537,58 min kVt/saat həcmində elektrik enerjisi istifadə edilib. Bunun müqabilində əhali tərəfindən 556,41 min manat dəyərində ödəniş olub ki, bu da 59,68% təşkil edir.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 78 538 nəfər abonent var. Şəhər üzrə ümumilikdə 73 674 ədəd elektrik sayğacı quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR