Bank Of Baku

Rusiyadan Ermənistana və Gürcüstana təbii qazın nəqli dayandırılıb

Rusiyadan Ermənistana və Gürcüstana təbii qazın nəqli dayandırılıb
# 14 dekabr 2009 07:51 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana təbii qazın nəqli dayandırılıb.

APA-Economics”in xəbərinə görə, bu barədə “Gürcüstan Neft və Qaz Korporasiyası” MMC-dən məlumat verilib.

Qeyd edək ki, Gürcüstan tranzit haqqı kimi Ermənistana nəql olunan qazın 10%-ni alır.

Qaz nəqlinin dayandırılmasına səbəb dekabrın 13-də “Şimal-Cənub” magistral qaz kəmərinin “Mozdok-Tbilisi” hissəsində bomba tapılmasıdır. Ermənistanla yanaşı, Şimali Osetiya və İnquşetiyaya da az verilməsi dayandırılıb. Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qaz kəmərinin normal vəziyyətdə işləməsi üçün ən azı iki həftə lazım gələcək. bu səbəbdən Qafqaz respublikalarının əhalisi qaz istehlakını azaltmağa çağırılıb. Eyni zamanda bir sıra sənaye müəssisələrinin qazla təchizatı dayandırılıb, orta və ali məktəblərdə tətil elan olunub.

Bombanı zərərsizləşdirmək mümkün olsa, qazın nəqli bu gün bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR