Bank Of Baku

Bu ilin noyabr ayında Sumqayıtda əhali tərəfindən təbii qaz dəyərinin ödənişi 100% təşkil edib

Bu ilin noyabr ayında Sumqayıtda əhali tərəfindən təbii qaz dəyərinin ödənişi 100% təşkil edib
# 14 dekabr 2009 07:55 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Cari ilin noyabr ayı ərzində Azərbaycanın Sumqayıt şəhərində güzəştsiz əhali kateqoriyası üzrə təbii qaz dəyərinin ödənişi 100% təşkil edib. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Noyabr ayı ərzində Sumqayıt şəhərinin güzəştsiz əhali qrupu tərəfindən 364 885 manat dəyərində, 3 648,9 min kubmetr həcmində təbii qaz istifadə edilib. Ödənişdə 41 263 nəfər abonent iştirak edib.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə təbii qazla təmin olunan abonentlərin sayı 64 204 nəfərdir. Şəhər üzrə ümumilikdə 60 254 ədəd qaz sayğacı quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR