Bank Of Baku

Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti «Çovdar» layihəsi üzrə tender keçirir

Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti «Çovdar» layihəsi üzrə tender keçirir
# 14 dekabr 2009 08:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ABMƏŞ) Azərbaycanda «Çovdar» layihəsi üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair tender elan edib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, sözügedən tender sonda yekun texniki-iqtisadi əsaslandırma ilə nəticələnəcək. Tenderdə iştirak etmək istəyənlər bu gündən etibarən ABMƏŞ-dən sorğu sənədlərini əldə edə bilərlər. Təkliflər isə 2010-cu ilin yanvarın 26-dək şirkətə təqdim olunmalıdır.

Qeyd edək ki, tenderdə qalib gələn şirkət 2010-cu ilin fevral ayında ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanması işlərinə başlamalı və iyul ayında texniki-iqtisadi əsaslandırmanı başa çatdırmalıdır. Gələn ilin dekabr ayında isə yekun texniki-iqtisadi əsaslandırma işlənilib başa çatdırılmalıdır.

Xatırladaq ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir.

Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.

Əlaqə telefonu: (+994 12) 561-90-38.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR