Bank Of Baku

Rövnəq Abdullayev: «Azərbaycanda bəzi yanacaqdoldurma məntəqələri benzinə qatqılar əlavə edir»

Rövnəq Abdullayev: «Azərbaycanda bəzi yanacaqdoldurma məntəqələri benzinə qatqılar əlavə edir»
# 14 dekabr 2009 09:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) neft emalı zavodlarında istehsal olunan avtomobil benzini Avropa standartlarına tam cavab verir. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilən benzinin keyfiyyəti «Avro-2» və «Avro-3» standartlarına uyğundur.

ARDNŞ prezidenti bildirib ki, bəzi yanacaqdoldurma məntəqələrində benzinin tərkibinə qatqılar edilir. Bu hallar öz növbəsində bazara nəzarət edən müvafiq qurumlar tərəfindən də aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR