Bank Of Baku

Bu günlərdə Azərbaycan ilə İran arasında qaz kontraktı imzalanacaq

Bu günlərdə Azərbaycan ilə İran arasında qaz kontraktı imzalanacaq
# 14 dekabr 2009 09:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov Azərbaycan və İran arasında təbii qazın alqı-satqısına dair müqaviləni imzalamaq üçün xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Tehrana gedib. «APA-Economics»in bildirdiyinə görə, bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayevin sözlərinə görə, bu gün ARDNŞ nümayəndəsi Tehranda İran Milli Qaz Şirkəti ilə müqavilənin bağlanmasına dair danışıqlar aparacaq: «İndiyədək danışıqlar aparılıb və kontraktın bəzi detalları müəyyənləşdirilib. Əgər danışıqlar başa çatdırılarsa, Tehranda müqavilənin bağlanması gözlənilir».

R.Abdullayev kommersiya sirri hesab olunduğundan İrana satılacaq qazın qiyməti barədə məlumat verməyib.

Azərbaycan və İran arasında təbii qazın alqı-satqısına dair memorandum 2009-cu ilin noyabrın 14-də Bakıda imzalanıb. Müqavilə imzalandıqdan sonra, 2010-cu il yanvarın 1-dən Azərbaycan İrana təbii qazın nəqlinə başlayacaq.

Qeyd edək ki, bu il oktyabrın 14-də ARDNŞ ilə Rusiyanın «Qazprom» şirkəti arasında da Azərbaycan qazının alqı-satqısına dair müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, 2010-cu il yanvarın 1-dən Azərbaycan Rusiyaya qaz ixracına başlayacaq və gələn il bu ölkəyə minimum 500 mln. kubmetr qaz satışı nəzərdə tutulur.

Xatırladaq ki, ARDNŞ hazırda Türkiyə ilə qazın yeni qiymətlər əsasında alqı-satqısına dair danışıqlar aparır. Buna qədər Türkiyəyə təbii qaz 120 dollar/1000 kubmetr qiyməti ilə satılıb.

Azərbaycan Gürcüstana da təbii qazı 2008-ci ilin yanvar ayınadək 120 dollar/1000 kubmetr qiyməti ilə satıb. Qeyri-rəsmi mənbələrin məlumatına görə, Azərbaycan hazırda Gürcüstana qazı 180 dollar/1000 kubmetr qiymətinə satır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR