Bank Of Baku

Bu həftə Londonda Transxəzər neft kəməri layihəsi üzrə növbəti görüş keçiriləcək

Bu həftə Londonda Transxəzər neft kəməri layihəsi üzrə növbəti görüş keçiriləcək
# 14 dekabr 2009 10:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Transxəzər neft kəməri layihəsi üzrə bu həftə ərzində Londonda (Böyük Britaniya) növbəti görüşün keçirilməsi planlaşdırılır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayevin sözlərinə görə, indiki mərhələyədək ARDNŞ və Qazaxıstanın «Kazmunayqaz» şirkəti layihə üzrə işlərin həyata keçirilməsi üçün birgə müəssisə yaradıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması ilə bağlı sənədinin hazırlanması üzərində iş aparılır.

Qeyd edək ki, layihənin ilkin şərtlərinə əsasən, neft tankerlərlə Azərbaycana gətiriləcək və Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsi ilə Türkiyəyə çatdırılacaq. İlkin məlumatlara görə, sistem artıq 2012-ci ildə işə salınacaq.

Transxəzər neft kəməri layihəsinin reallaşdırılmasının əsas prinsipləri haqqında saziş 2008-ci ilin noyabr ayında Bakıda imzalanıb. Transxəzər sisteminin ilkin mərhələdə sutkada 500 min barel (ildə 23 mln. ton), daha sonra isə gücü artırılaraq sutkada 750-1200 min barel (ildə 35-56 mln. ton) həcmində neft nəqlini təmin edəcəyi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR