Bank Of Baku

Tiflisdə yüksək gərginlikli stansiya istifadəyə verilib

Tiflisdə yüksək gərginlikli stansiya istifadəyə verilib
# 14 dekabr 2009 13:02 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə yüksək gərginlikli stansiyanın yenidən qurulması başa çatıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 110 kVt gücü olan “Mtasminda” stansiyası Tiflisin Vake, Vera və Mtasminda rayonlarını elektrik enerjisi ilə təmin edir.

Stansiya 21 min abonentə xidmət göstərir. Paytaxtın bu hissəsi abonentlərin sayının sürətlə artmasına görə digər rayonlardan fərqlənir. Ona görə də təhlükəsiz, həm də əlavə gücə malik stansiyanın rekonstruksiyası vacib sayılıb. Bununla bağlı işlər “Telasi” şirkətinin investisiya proqramına əsasən üç mərhələdə həyata keçirilib. I və II mərhələ çərçivəsində stansiyanın əsas yenidən qurulması və modernləşdirilməsi başa çatdırılıb. III mərhələdə isə 110 kilovatlıq paylayıcı şəbəkə sisteminin yaradılması və güclü transformatorların təmiri, stansiyanın paylayıcı sisteminin “Siemens”in istehsal etdiyi elektrik düyməcikləri ilə işıqlandırılması və rəqəmsal rele-müdafiəsi, eyni zamanda müasir ultratənzimləyici təzyiqin və siqnalizasiyanın quraşdırılması başlıca məqsəd olub. Stansiyada eyni zamanda mərkəzi dispetçer məntəqəsinə informasiyanın ötürülməsi üçün operativ idarəetmə sistemi və növbətçi operator üçün avtomatlaşdırılmış iş yeri yaradılıb.

“Mtasminda” stansiyasının investisiya proqramı çərçivəsində yenidən qurulmasına 4 milyon məbləğində vəsait xərclənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR