Bank Of Baku

Bakı yaxınlığında yeni neftayırma zavodu tikiləcək

Bakı yaxınlığında yeni neftayırma zavodu tikiləcək
# 14 dekabr 2009 13:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı yaxınlığında yeni neftayırma zavodunun tikintisinə hazırlıq gedir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, bununla bağlı Azərbaycan hökumətindən raportlar alınıb. O, zavodun inşasına başlanacaq konkret tarix barədə məlumat verməyib: «Hər şey hazırlıqdan asılıdır. Hazırda layihənin maliyyələşdirilməsi ilə bağlı banklarla danışıqlar aparılır. Əsas odur ki, dövlətdən icazə sənədləri alınıb».

Qeyd edək ki, Qaradağ rayonu ərazisində yaradılması nəzərdə tutulan yeni neft-qaz kompleksinin illik istehsal gücünün 30 mln. ton təşkil edəcəyi proqnozlaşdırılır.

Hazırda Azərbaycanda iki neft emalı zavodu – “Azərneftyağ” Neft Emalı Zavodu və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (NEZ) fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR