Bank Of Baku

Azərbaycan mədən sənayesində məcmu daxilolmalarla bağlı növbəti hesabatını açıqlayıb

Azərbaycan mədən sənayesində məcmu daxilolmalarla bağlı növbəti hesabatını açıqlayıb
# 14 dekabr 2009 14:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökuməti mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti, XI hesabatını (yanvar-iyun, 2009-cu il) açıqlayıb. Bu barədə «APA-Economics»ə Dövlət Neft Fondundan (ARDNF) məlumat verilib.

Azərbaycan hökuməti tərəfindən yaradılmış Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiya tərəfindən hesabat bu gün ictimaiyyətə təqdim olunub. Hesabat «Mur Stefens» audit şirkəti tərəfindən yoxlanılıb. Dərc edilən hesabatlara eyni zamanda hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.

Qeyd edək ki, hökumətin hesabatı, eləcə də audit şirkətinin rəyi Dövlət Neft Fondunun (www.oilfund.az), MHŞT üzrə Beynəlxalq Katibliyin (www.eiti.org) və QHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffaflığın Artırılması Koalisiyasının (www.eiti-az.org) internet səhifələrində yerləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR