Bank Of Baku

Azərbaycan bu il Gürcüstana 669 mln. kubmetr «sosial» qaz tədarük edib

Azərbaycan bu il Gürcüstana 669 mln. kubmetr «sosial» qaz tədarük edib
# 14 dekabr 2009 14:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «SOCAR Gas Supply Ltd.» müəssisəsi 2009-cu ildə Gürcüstana təxminən 669 mln. kubmetr «sosial» qaz tədarük edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Tədarük edilmiş qaz həcminin 38,8%-ni (259,67 mln. kubmetr) Gürcüstan hökuməti ilə «Azərbaycan Qaz Supply Company» (AGSC) arasında bağlanan müqaviləyə əsasən bu ölkəyə ixrac olunan «Şahdəniz» qazı təşkil edib. Tədarük olunan qazın 35,4%-i (237,05 mln. kubmetr) - ARDNŞ-in Azərbaycan-Gürcüstan sərhədində yerləşən Qazax qazölçmə stansiyasından ötürülüb.

Ümumi həcmin 16,6%-ni (110,74 mln. kubmetr) – Rusiya ilə Gürcüstan arasında bağlanmış sazişə əsasən tranzit hesabına Gürcüstana verilən qaz təşkil edib. Qazın 9,2%-i isə (61,52 mln. kubmetr) «Şahdəniz» yatağından hasil edilən və Bakı-Tiflis-Ərzurum kəməri ilə Türkiyəyə ixrac olunan qazın nəqli üçün Gürcüstan hökumətinə verilməli olan tranzit haqqının əvəzi olaraq tədarük edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR