Bank Of Baku

ARDNŞ prezidenti Rövnəq Abdullayev: «İran-Ermənistan neft kəmərinin inşasının iqtisadi əsasları yoxdur»

ARDNŞ prezidenti Rövnəq Abdullayev: «İran-Ermənistan neft kəmərinin inşasının iqtisadi əsasları yoxdur»
# 25 fevral 2010 12:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İran-Ermənistan neft kəmərinin inşası layihəsinin iqtisadi əsasları yoxdur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, bu layihənin ilk növbədə iqtisadi əsası olmalıdır: «Layihənin hansı iqtisadi əsaslarla həyata keçiriləcəyini bilmirik. Məlumat olaraq istənilən məsələni yaymaq olar».

Qeyd edək ki, ötən gün İranın «TV Press» telekanalına müsahibə verən bu ölkənin neft nazirinin müavini Seyyid Nurəddin Şahnazizadə bildirib ki, İrandan Ermənistana neft məhsullarını ixrac etmək üçün uzunluğu 350 km olan boru kəmərinin inşası məqsədilə iki ölkə arasında razılaşma əldə olunub. Bu kəmər vasitəsi ilə Təbrizdəki neft emalı zavodundan Ermənistana sutkada 70 min barel neft məhsulu ixrac olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR