Bank Of Baku

Yaxın vaxtlarda «SOCAR/Turcas» alyansının Türkiyədə neftayırma zavodunun inşası üçün lisenziya alacağı gözlənilir

Yaxın vaxtlarda «SOCAR/Turcas» alyansının Türkiyədə neftayırma zavodunun inşası üçün lisenziya alacağı gözlənilir
# 25 fevral 2010 13:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «SOCAR/Turcas» Azərbaycan-Türkiyə şirkətlər alyansı Türkiyənin «Petkim» holdinqinin İzmir şəhərinin Aliağa qəsəbəsi ərazisində neftayırma zavodunun tikintisinə lisenziyanın verilməsi üçün Türkiyə hökumətinə müraciət edib. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in (SOCAR) sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bildirib.

Yaxın vaxtlarda tikintiyə lisenziya alacaqlarına ümid etdiyini deyən V.Əliyevin sözlərinə görə, Türkiyə hökuməti hazırda müraciəti nəzərdən keçirir.

«Buna baxmayaraq, tikintiyə hazırlıq işləri davam etdirilir. İlkin texniki konsepsiya da hazırlanıb», - deyə şirkət rəsmisi vurğulayıb.

Xatırladaq ki, ildə 10 mln. ton emal gücünə malik olacaq neftayırma zavoduna təxminən 4-5 mlrd. ABŞ dolları həcmində investisiya yatırılması nəzərdə tutulur.

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olunub. Lakin daha sonra Tender Komissiyası bu qərarı ləğv edərək, «SOCAR/Turcas» alyansını tenderin qalibi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR