Bank Of Baku

«BP-Azerbaijan» yaxın bir ayda «Çıraq» Neft Layihəsi üzrə tikinti işlərinə başlayacaq

«BP-Azerbaijan» yaxın bir ayda «Çıraq» Neft Layihəsi üzrə tikinti işlərinə başlayacaq
# 25 fevral 2010 13:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» şirkəti bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokununun işlənməsi layihəsi çərçivəsində «Çıraq» Neft Layihəsi (ÇNL) üzrə tikinti işlərinə başlamaq niyyətindədir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin dekabr ayında həmin layihə üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi ictimaiyyətə açıqlanıb. Sənəd layihə üzrə aparılacaq bütün işlərin ətraf mühitə və sosial sahəyə təsirini araşdırır və təsiri azaltmaq üçün tövsiyə edilən tədbirləri müəyyənləşdirir. ÇNL-in təsviri və layihə üzrə nəzərdə tutulmuş fəaliyyətlər haqqında məlumat elmi ictimaiyyətə, qeyri-hökumət təşkilatlarına, mətbuata və bütün maraqlananlara təqdim olunub.

Bundan başqa, ictimaiyyətlə bir sıra görüşlər keçirilib və onların rəy və təklifləri nəzərə alınıb ki, ÇNL həm ətraf mühiti qorumaq, həm də sosial baxımdan samballı bir layihə olacaq: «Dekabr ayında biz həmçinin ÇNL üçün qazma tavasının inşasına da başlamışıq. ÇNL üzrə tikinti işlərinə isə 2010-cu ilin I rübünə başlamaq niyyətindəyik».

Qeyd edək ki, ÇNL çərçivəsində Xəzərin Azərbaycan sektorunda daha bir platforma inşa olunacaq və platforma işə düşəndən sonra buradakı gündəlik neft hasilatı 183 min barelə, qaz ixracı isə 229 mln. standart kubfuta bərabər olacaq. Yeni platforma üçün bərkidici borular Azərbaycanda istehsal olunacaq. Belə ki, əgər bundan öncə bərkidici platformalar xaricdən gətirilirdisə, yeni platforma üçün bərkidici borular Dərin Özüllər Zavodunda hazırlanacaq - zavodda yeni istehsal xətti, həmçinin mövcud avadanlıqların yenidən qurulması təşkil olunacaq.

Xatırladaq ki, hazırda AÇQ layihəsi üzrə Xəzərdə 5 platforma mövcuddur («Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli»).

AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «StatoilHydro» (8,6%), «ExxonMobil» (8%), TPAO (5,6%), «Devon» (5,6%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR