Bank Of Baku

AGİR layihəsi “Nabucco”dan əvvəl reallaşdırıla bilər

AGİR layihəsi “Nabucco”dan əvvəl reallaşdırıla bilər
# 25 fevral 2010 14:15 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Xəzər regionunun təbii qazının Azərbaycan və Gürcüstandan Avropaya nəqli “Nabucco” layihəsindən tez həyata keçirilə bilər.

APA-nın Rumıniya mətbuatına istinadən məlumatına görə, bu barədə Rumıniyanın İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyinin dövlət katibi Tüdor Serban açıqlama verib.

Onun sözlərinə görə, Rumıniya mart ayında AGİR (Azərbaycan-Gürcüstan-Rumıniya) layihəsinin reallaşması üçün Azərbaycan və Gürcüstanla üçtərəfli müqavilə imzalamağa hazırlaşır. Bu layihəyə əsasən, Azərbaycanın təbii qaz Gürcüstan vasitəsilə Rumıniyaya nəql olunacaq.

“Hazırda biz hər iki ölkə ilə tərəfdaşlıq münasibətləri yaratmışıq” deyən T.Serban qeyd edib ki, layihənin dəyəri 4-6 mlrd. dollar civarında dəyişə bilər.

Layihə Gürcüstan ərazisində və Rumıniyanın Konstansa şəhərində iki maye qaz terminalının yaradılmasını nəzərdə tutur. Layihənin reallaşdırılmasında “Romqaz” və ARDNŞ kimi milli şirkətlər iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR